Xəzər Xəbər

Narkotik alverçiləri tutuldu - FOTO

Hadisə | 17:33 • 6 Dekabr 2017
Narkotik alverçiləri tutuldu -

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Xaçmaz sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsinin qarşısının alınması və həmin əməlləri törədən şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Mürşüd-oba kənd sakini Ağabəy Ələskərov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı onun üzərindən 8,420 qram narkotik vasitə olan marixuana aşkar edərək götürülüb.

Polis əməkdaşları tərəfindən onun narkotik vasitəni aldığı şəxs də müəyyən edilib və şübhəli bilinən rayonun Niyazabad kənd sakini, əvvəllər məhkum olunmuş Babaseyid Ağayev də saxlanılıb. Baxış zamanı onun üzərindən 4,535 qram marixuana aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış zamanı isə həyətində dəmir borunun içərisində gizlətdiyi, ümumi çəkisi 469,072 qram marixuana da aşkar edilərək götürülüb.

Hər iki şəxs barəsində Xaçmaz RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti