Xəzər Xəbər

Qaz sızması partlayışa səbəb oldu Ər-arvad yaralandı

Hadisə | 14:35 • 6 Dekabr 2017
Qaz sızması partlayışa səbəb oldu

Göyçay rayonunda fərdi yaşayış evində partlayış hadisəsi olub.

Hadisə rayonun Potu kəndində baş verib.

Rayonun Əli Kərim küçəsi ünvanında qeydiyyatda olan və Potu kəndində məskunlaşmış 1966-cı il təvəllüdlü Zərbəliyev Məhəmməd Şəmi oğluna məxsus evdə qaz sızmasından qəfil partlayış olub.

Hadisə nəticəsində ev sahibi və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Zərbəliyeva Yeganə Akif qızı yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində Y.Zərbəliyevanın bədənin 60 faizdən artıq hissəsinin yandığı bildirilir. Qadın Respublika Yanıq Mərkəzinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır./trend

Rubrikanın digər xəbərləri

Xəbər lenti