Xəzər Xəbər

“Range Rover”lə “VAZ 2106” toqquşdu Bir ailənin 4 üzvü yaralandı

Hadisə | 14:26 • 6 Dekabr 2017
“Range Rover”lə “VAZ 2106” toqquşdu

Göyçay rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə bu gün saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 211-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

"Range Rover” və "VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir ailənin üzvləri, İsmayıllı rayonu Hacıhətəmli kənd sakinləri - 1962-ci il təvəllüdlü Yediyarov Əlfəddin Qəhrəman oğlu, 1955-ci il təvəllüdlü Yediyarov İzafəddin Qəhrəman oğlu, 1957-ci il təvəllüdlü Yediyarova Gülsənəm Səhrab qızı, 1961-ci il təvəllüdlü Yediyarova Nazeka Əşrəf qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır./apa

Xəbər lenti