Xəzər Xəbər

Evinə qonaq gələn şəxsi döyə-döyə öldürdü 17 il həbsdə qalacaq

Hadisə | 13:07 • 5 Dekabr 2017
Evinə qonaq gələn şəxsi döyə-döyə öldürdü

Evinə qonaq gələn şəxsi döyə-döyə öldürməkdə təqsirləndirilən Malik Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Malik Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il iyul ayında Nəsimi rayonu İmran Qasımov küçəsi ev 7, mənzil 5 ünvanında baş verib.

1972-ci il təvəllüdlü Həsənov Malik Urman oğlu münaqişə zəminində 1951-ci il təvəllüdlü Səlimov Zakir Hüseyn oğlunu döyərək öldürüb. Hər iki şəxs sərxoş vəziyyətdə olub. Bildirilir ki, hadisənin baş verdiyi mənzil Malik Həsənova məxsusdur. Tərəflər mübahisə edib. Mübahisə daha sonra münaqişəyə çevrilib və 45 yaşlı Malik taxta parçası ilə qonağın başına 3-4 dəfə ağır zərbə endirib. Zakir Səlimov hadisə yerindəcə keçinib. Cinayəti törədən Malik Həsənov daha sonra könüllü olaraq polis bölməsinə gedib, törətdiyi əməli etiraf edərək təslim olub.

Məhkəmədə ifadə verən Malik Həsənov qeyd edib ki, Zakir Səlimovu evini batırdığı üçün qətlə yetirib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti