Xəzər Xəbər

Bakıda bina yandı 34 nəfər təxliyə edildi

Hadisə | 15:50 • 4 Dekabr 2017
Bakıda bina yandı

Bakının Yasamal rayonunda binada yanğın olub.

XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 196 ünvanda 17 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinədək şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 34 nəfər təxliyə edilib. Təxliyə edilən şəxslərdən ikisi tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti