Xəzər Xəbər

Bakıda naməlum şəxsi maşın vuraraq öldürüb

Hadisə | 12:02 • 4 Dekabr 2017
Bakıda naməlum şəxsi maşın vuraraq öldürüb

Bakı şəhərində naməlum kişini maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 3-də saat 5:00 radələrində paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini İlqar Abbasov idarə etdiyi "QAZel” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti