Xəzər Xəbər

Konyada azərbaycanlı qadının dramı: öldürdüyü kişi tərəfindən boğulan körpəsi keçindi

Hadisə | 11:59 • 4 Dekabr 2017
Konyada azərbaycanlı qadının dramı:

Bir neçə gün əvvəl Türkiyədə uşağını boğmaq istəyən sevgilisi Ümid Gökeri küçənin ortasında bıçaqlayaraq öldürən azərbaycanlı Aysel E.-nin 9 aylıq körpəsi Emir bu gün xəstəxanada dünyasını dəyişib. Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Selçuk Universiteti Tibb Fakültəsinə aparılan 9 aylık körpəni həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Körpənin yıxılaraq beyin qanamasından dünyasını dəyişdiyi bildirilir.

Xatırladaq ki, bu səs-küylü cinayət hadisəsi dekabrın 1-də Konya şəhərində qeydə alınıb. Əvvəlcə azərbaycanlı qadın 9 aylıq körpəsinin vəziyyətinin pisləşdiyini görərək onu birgə yaşadığı kişi ilə birlikdə xəstəxanaya çatdırıb. Xəstəxanada həkimlər körpədə boğulmalamətlərini aşkar ediblər və anasına bildiriblər ki, uşaqda boğulma nəticəsində beyinə oksigen getməyib, nəticədə kritik vəziyyətə düşüb.

Bundan sonra Aysel küçəyə çıxaraq avtomobildə Ümid Gökerlə mübahisə etməyə başlayıb. Mübahisə zamanı qadın çantasından bıçağı çıxararaq onu vurmaq istəyib. Ümid Göker bunu görərək maşından düşüb və qaçmağa başlayıb. Lakin qadın onu 50 metrə yaxın qovduqdan sonra yaxalayıb və bıçaqla 7 zərbə endirib. Göker aldığı xəsarətlərdən ölüb.

Polis qısa vaxt ərzində azərbaycanlı qadını saxlayıb. O, elə məhkəmədəcə həbs olunub.

Qadın jurnalistlərin "nədən öldürdün?” sualına cavab olaraq deyib ki, sevgilisi onun körpəsinin ağzına yastıq basaraq öldürməyə çalışıb: "Həkimlər dedilər ki, uşaq boğulub, nəticədə beyninə oksigen getməyib. Bu səbəbdən öldürdüm, peşimanam”.

Bildirilir ki, Aysel bundan əvvəl evil olub və həmin evlilikdən uşağı dünyaya gəlib. Daha sonra ərindən boşanaraq Ümid Gökerlə birgə yaşamağa başlayıb.

Xəbər lenti