Xəzər Xəbər

Gömrükdə 70 telefon aşkarlandı

Hadisə | 11:59 • 29 Noyabr 2017
Gömrükdə 70 telefon aşkarlandı

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

DGK-dan XəzərXəbər-ə verililən xəbərə görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin ön hissəsindəki sağ və sol "qanadlarda" gömrük nəzarətindən gizlədilən 70 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti