Xəzər Xəbər

Lənkəranda DƏHŞƏTLİ HADİSƏ: Ər arvadın üzünü kəsdi

Hadisə | 11:21 • 29 Noyabr 2017
Lənkəranda DƏHŞƏTLİ HADİSƏ:

Lənkəran rayonunun Liman şəhərində qadın bıçaq xəsarəti alıb.

M.İbayev küçəsində yaşayan 1987-ci il təvəllüdlü Kərimova Könül Gülbala qızı "təcili yardım" maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qadın üz nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarəti alıb.

Yaxınlarının dediyinə görə, həyat yoldaşı ailə münaqişəsi zamanı onun üz nahiyəsinin sağ tərəfini bıçaqla kəsib.

Xəstəxanadan K.Kərimovanın vəziyyətinin orta-ağır olduğu bildirilir. Qadın ağrının şokuna düşüb.

Xəbər lenti