Xəzər Xəbər

FHN Bərdədə baş verən yanğınla bağlı məlumat yayıb

Hadisə | 14:18 • 27 Noyabr 2017
FHN Bərdədə baş verən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bərdədə baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən xezerxeber.az-a bildiriblər ki, Bərdə rayonunun Güloğlular kəndində bir çardaq altında tikilmiş ümumi sahəsi 60 kvadratmetr olan mağazanın anbarının dam örtüyünün və tavanının 36 kvadratmetri, ümumi sahəsi 52 kvadratmetr olan aptekin lambirdən ibarət tavanı 20 kvadratmetr sahədə yanıb. Bundan başqa, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 60 kvadratmetr olan digər mağazanın lambirdən ibarət tavanı 10 kvadratmetr sahədə yanıb. Mağazaların və aptekin qalan hissələri və bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti