Xəzər Xəbər

Dəhşətli hadisə! 16 yaşlı sevgilisini boğaraq öldürdükdən sonra...

Hadisə | 13:41 • 27 Noyabr 2017
Dəhşətli hadisə!

Gaziosmanpaşada həbsxana fərarisi, birlikdə yaşadığı sevgilisini boğaraq öldürdükdən sonra meyitini çemodana qoyub küçədəyerləşən bir xarabalığa atıb. Hadisəni törədən şübhəli polis tərəfindən saxlanılıb.

XəzərXəbər "Milliyet"ə istinadən bildirir ki, hadisə Gaziosmanpaşa Yıldıztabya Məhəlləsi Bulaq Küçəsində gecə saat 01:30 radələrində baş verib.

Verilən məlumata görə, Qaziantepdə həbsxanadan qaçan və 29 ayrı-ayrı cinayətdə adı hallanan Əhməd Şahin (31), birgə yaşadığı sevgilisi Arzu İncəni (16) pul qarşılığında fahişəlik etməyə məcbur edib. Bunu qəbul etməyən İncə, birgə yaşadığı sevgilisinin bacısının köməyi ilə evdən qaçaraq, 15 İyul Demokratiya Avtovağzalına gedib. Qızın evdən qaçdığını görən Şahin, sevgilisinin dalınca avtovağzala gedərək ailəsinin yanına getmək istəyən Arzu İncəni avtovağzaldan alıb yaşadıqları evə geri gətirib. Burada sevgilisiylə mübahisə etməyə başlayan Şahin daha sonra həyat yoldaşını əlləri ilə boğaraq öldürüb. Sevgilisinin qaçmağa çalışdığı çamadandan paltarları çıxararaq cəsədini hissələrə bölüb çamadanın içinə qoyub.

Hadisədən sonra qaçmağa çalışan Şahin, qışqırıq səslərinin eşidilməsi ilə evə girməyə çalışan qonşularının içəri girməməsi üçün üzərində olan tapança ilə havaya bir neçə dəfə atəş açıb. İçəri girmənin mümkünsüz olduğunu görən qonşular dərhal polisə xəbər verib. Hadisə yerinə gələn əməliyyatçılar qapını qıraraq içəri daxil olduqdan sonra cinayətkarı zərərsizləşidirərək həbs ediblər.

Polis hadisə ilə bağlı istintaqa başlayıb.


Rubrikanın digər xəbərləri

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb həbs edilənlər var
15:42 • 16 Aprel 2024
Masazırda evdən külli miqdarda
Masazırda evdən külli miqdarda OĞURLUQ
10:47 • 16 Aprel 2024
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ
16:20 • 14 Aprel 2024
Gəncədə yanğın
Gəncədə yanğın ÖLƏN VAR
13:04 • 13 Aprel 2024
Ağdamda mina partlayışı
Ağdamda mina partlayışı YARALANANLAR VAR
15:27 • 12 Aprel 2024
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq ÖLDÜRÜB
08:41 • 12 Aprel 2024

Xəbər lenti