Xəzər Xəbər

17 yaşlı Kənanı bıçaqlayan oğlan: “Bacımı sevə bilməzsən!..”

Hadisə | 12:42 • 27 Noyabr 2017
17 yaşlı Kənanı bıçaqlayan oğlan:

Ağdaşda 17 yaşlı gənc həmkəndlisi tərəfindən bıçaqlanıb.

Hadisə rayonun Aral-2 kəndində baş verib.

Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə qız üstündə olub:

"Kənan Həsənov onu bıçaqlayan oğlanın bacısını sevir. Qız da uşaqdır, 8-ci sinifdə oxuyur. Qardaşı onların sevgisindən xəbər tutub. Yaxınlaşıb Kənana ki, "sən mənim bacımı sevə bilməzsən”. O da qızla bir-birini sevdiklərini və ailə quracaqlarını deyib. Bunun üstündə onların arasında mübahisə düşüb. Mübahisə vaxtı oğlan bacısının sevdiyi oğlanı, yəni Kənanı bıçaqlayıb. Kənanı bıçaqlayan oğlan tələbədir, Gəncədəki universitetlərin birində oxuyur".

Faktla bağlı araşdırma aparıldığı bildirilir./AzNews.az

Xəbər lenti