Xəzər Xəbər

Bakıda gənc oğlan ürəyindən bıçaqlandı

Hadisə | 11:53 • 27 Noyabr 2017
Bakıda gənc oğlan ürəyindən bıçaqlandı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

XəzərXəbər xəbər verir ki, məlumata görə, noyabrın 27-də Sabunçu rayonunun Zabrat qəsəbəsində naməlum şəxs münaqişə zəminində qəsəbə sakini Xəyal Məmmədovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib. O, aldığı ağır bədən xəsarətindən hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Qasımov saxlanılıb.

***

Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi törədilib.

"Report” xəbər verir ki, 21 yaşlı Xəyal Məmmədov Zabrat qəsəbəsində naməlum şəxslə mübahisə edib.

Dava nəticəsində onun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti