Xəzər Xəbər

Bakıda 3 nəfər faciəvi şəkildə öldü: yük maşını, avtobus və "BMW X5"...

Hadisə | 10:27 • 23 Noyabr 2017
Bakıda 3 nəfər faciəvi şəkildə öldü:

Son sutka ərzində Bakıda 3 piyada yol-nəqliyyat hadisəsinin qurbanı olub. Lent.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektində "MAN" markalı, 99 JX 960 dövlət qeydiyyat nişanlı yük maşını 35-40 yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb. Oxşar hadisə Yasamal rayonu Moskva prospektində də baş verib. "Xaliq Faiqoğlu" şirkətinə məxsus olan və 65 saylı xətt üzrə sərnişin daşıyan "İsuzu" markalı, 10 TH 304 nömrəli avtobus dayanacağın qarşısında 54 yaşlı qadını vurub. Ağır xəsarət alan piyada vəfat edib.

Bundan başqa Sabunçu rayonu Şəhər şosesində "BMW X5" markalı avtomobil 70 yaşlı qadını vurub öldürüb.

Hər 3 hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti