Xəzər Xəbər

Anadan 4 uşağına qarşı QANDONDURAN CİNAYƏT: uşaqlarını diri-diri...

Hadisə | 13:59 • 22 Noyabr 2017
Anadan 4 uşağına qarşı QANDONDURAN CİNAYƏT:

Dəhşətli cinayətlər törədən qadın illər sonra polisə gedərək 4 övladını qətlə yetirdiyini deyib.

53 yaşlı Yaponiya vətəndaşıMayumi Saito ölkənin qərb istiqamətində yerləşən Osaka əyalətində yaşayır. Qadın polis məntəqəsinə gedərək cinayətlərini etiraf edib və təslim olub.

Polisə verdiyi ifadəsində, qadın 1992-1997-ci illərdə dünyaya gətirdiyi körpələrini yaşadığı binanın aşağı hissəsində üzərlərinə beton tökərək basdırdığını deyib: "Maddi vəziyyətim yerində deyildi. Onlara baxa bilmirdim. Əziyyət çəkərək, acından öləcəkdilər. Anayam, onların əziyyət çəkməsini istəmədim”.

Polis əməkdaşları ərazidə əməliyyat-axtarış tədbirləri keçirərkən, həqiqətəndə orada çürümüş cəsəd qalıqlarına rast gəliblər.

Qadının yaxınları ilə əlaqə yaratmağa çalışılsa da, heç bir nəticə olmayıb. Polislər 53 yaşlı qadını həbs edib.

Faktla bağlı cinayət işi açılıb./publika.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti