Xəzər Xəbər

Bulvarda meyiti tapılan gənc oğlanın adı açıqlandı

Hadisə | 12:10 • 22 Noyabr 2017
Bulvarda meyiti tapılan gənc oğlanın adı açıqlandı

Noyabrın 20-də gecə saatlarında Bakı bulvarının Əl Oyunları Sarayı yaxınlığındakı hissəsində huşsuz vəziyyətdə tapılan və Kliniki Tibbi Mərkəzdə vəfat edən gənc oğlanın şəxsiyyəti müəyyənləşib. Lent.az xəbər verir ki, mərkəzin toksikologiya şöbəsində vəfat edən şəxsin 1992-ci ildə Rusiyada anadan olan və İçərişəhər, Kiçik-Qala küçəsində yaşayan Perepelkin Vitaliy Vyaçeslavoviç olduğu məlum olub.

25 yaşlı Viyaliyin spirtli içkinin təsiri nəticəsində vəfat etdiyi dəqiqləşib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti