Xəzər Xəbər

Rusiyada azərbaycanlı tələbəni vəhşicəsinə döyən şəxslər saxlanıldı - YENİLƏNİB

Hadisə | 14:41 • 21 Noyabr 2017
Rusiyada azərbaycanlı tələbəni vəhşicəsinə döyən şəxslər saxlanıldı -

Rusiyanın Perm şəhərində azərbaycanlı tələbəni vəhşicəsinə döyən şəxslər saxlanılıb.

Bu barədə APA-ya Permdəki Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev məlumat verib. O, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlunu vəhşicəsinə döyməkdə şübhəli bilinən iki nəfərin saxlanıldığını bildirib.

Diaspor rəhbəri azərbaycanlı gəncin döyülməsi faktı ilə bağlı cinayət işi açıldığını da söyləyib. Ç. İsayev E. Hüseynovun artıq üçüncü gündür ki reanimasiyada huşsuz vəziyyətdə olduğunu açıqlayıb: "Etibar çoxlu qan itirib. Hazırda onun qana ehtiyacı var. Artıq üçüncü gündür, huşsuz vəziyyətdə yatır. Diaspor olaraq əlimizdən gələni edirik. Bakıda yaşayan qohumları ilə əlaqə saxlamağa çalışırıq. Artıq yaxın qohumu bizimlə əlaqəyə çıxıb".

* * *23:28

Rusiyanın Perm şəhərində azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Bu barədəAPA-ya Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib. O, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlunun naməlum şəxslər tərəfindən vəhşicəsinə döyüldüyünü söyləyib.

Diaspor sədri Azərbaycan vətəndaşı olan Hüseynin hazırda reanimasiyaya yerləşdirildiyini, vəziyyətinin çox ağır və huşunun yerində olmadığınıbildirib.

Ç.İsayev diasporun öz gücü ilə Bakıdan təhsil almaq üçün Permə gələn azərbaycanlı tələbəyə yardım göstərməyə çalışdığını vurğulayıb.

Xəbər lenti