Xəzər Xəbər

DİN ağır yol qəzası ilə bağlı məlumat yaydı

Hadisə | 12:29 • 21 Noyabr 2017
DİN ağır yol qəzası ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Sabirabaddakı yol qəzası barədə məlumat yayıb.

Xezerxeber.az-ın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, noyabrın 20-də saat 8.00 radələrində Sabirabad rayonunun Bulaqlı kəndində Beyləqan rayon sakini Şamil Əsədovun idarə etdiyi "Mercedes” və Ağcabədi rayon sakini Asim Həsənovun idarə etdiyi "KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə Ş.Əsədovun sərnişinlərindən qızı Fidan xəstəxanaya aparılarkən yolda ölüb, digər qızı, habelə A.Həsənov xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti