Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ərazilərin təmizlənməsi üzrə əməliyyatlar davam edir.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA)
XəzərXəbər-ə verilən məlumata görə, kənddə gün ərzində 8500 kv.m (0.85 ha) ərazi tam
təmizlənib, 7500 kv.m (0.75 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə
təmizləmə üçün hazırlanıb. (cəmi: 16000 kv.m (1.60 ha)), mina və
partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.
Cəmi kənd
ərazisində 2 gün ərzində 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd
F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7))
aşkar edilib, 21 000 kv.m (2.10 ha) ərazi tam təmizlənib, 13 500 kv.m
(1.35 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün
hazırlanıb. (Cəmi: 34 500 kv.m (3.45 ha)).
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 18 Noyabr 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər
şəhərlərində 15 otlaq sahəsinə, 17 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1
fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 hərbi şəhərciyə, 1 gəmilərin
yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 170 ev və
həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə,
su arxına, daş bazarının yaxınlığına, Gəncə 2 saylı təcridxananın
qarşısına, Norm Sement zavodunun ərazisinə, STP MMC-ə məxsus metal
əritmə zavodunun ərazisinə, Qarqar çayının sahilinə, rabitə xəttinin
çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, ″Röyal Park″ yaşayış
massivinə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə,
meşə zolağına, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə,
beton zadonun ərazisinə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət
mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib,
7518 ədəd partlamamış hərbi sursat, 203 ədəd tank əleyhinə mina və 33
ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 784 292
kv.m ərazi (793 008 kv.m əl ilə, 1 620 640 kv.m mexaniki üsulla, 113 000
kv.m SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kv.m minaaxtaran itlərin
dəstəyi ilə) yoxlanılıb.