Xəzər Xəbər

Psixotrop maddənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Hadisə | 14:49 • 18 Noyabr 2017
Psixotrop maddənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Gömrükçülər psixotrop maddənin ölkəyə gətirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

İdarənin Sərnişin şöbəsində saxlanılan vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığı üçün o Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada tibbi müdaxilə nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) 3 ədəd bağlamada, xalis çəkisi 58,501 qram təşkil edilən psixotrop maddə - metamfetamin və 1 ədəd bükümdə, xalis çəkisi 0,09 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti