Xəzər Xəbər

Hövsanda avtomobillərin ehtiyat hissələrini oğurlayan dəstə zərərsizləşdirilib - FOTO

Hadisə | 11:52 • 18 Noyabr 2017
Hövsanda avtomobillərin ehtiyat hissələrini oğurlayan dəstə zərərsizləşdirilib -

Suraxanı Rayon Polis İdarəsi (RPİ) 30-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən Hövsan qəsəbəsində avtomobillərin ehtiyat hissələrini oğurlayan şəxslərə qarşı əməliyyat keçirilib.
      

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də Suraxanı rayonunun Hövsan qəsəbəsində Səfər Rəşidova məxsus "VAZ-2103” markalı avtomobildən akkumulyator oğurlamağa cəhd göstərən paytaxt sakinləri Nicat Məmmədov, Samir Rəhimov, Lerik rayon sakini Elmir Qasımov və Cəlilabad rayon sakini Nuran Həmidov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
      

Araşdırma zamanı onların noyabrın 8-dən 12-dək olan müddətdə daha 4 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib. Saxlanılan şəxslər oğurladıqları ehtiyat hissələrini paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyərindən aşağı qiymətə satdıqlarını və əldə etdikləri gəliri aralarında böldüklərini bildiriblər.
       

Qeyd edilən faktlarla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb həbs edilənlər var
15:42 • 16 Aprel 2024
Masazırda evdən külli miqdarda
Masazırda evdən külli miqdarda OĞURLUQ
10:47 • 16 Aprel 2024
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ
16:20 • 14 Aprel 2024
Gəncədə yanğın
Gəncədə yanğın ÖLƏN VAR
13:04 • 13 Aprel 2024
Ağdamda mina partlayışı
Ağdamda mina partlayışı YARALANANLAR VAR
15:27 • 12 Aprel 2024
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq ÖLDÜRÜB
08:41 • 12 Aprel 2024

Xəbər lenti