Xəzər Xəbər

Ərinin ölümündə təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb

Hadisə | 16:53 • 17 Noyabr 2017
Ərinin ölümündə təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Günər Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, onun ittiham olunduğu126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddə124.1. (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunub.

G. Mirzəyeva 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. O, həmin müddəti istintaq təcridxanasında başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, ötən il noyabrın 5-də Maştağa qəsəbəsindəki fərdi yaşayış evində 26 yaşlı Günər Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevi bıçaqlayıb. Ş. Babayev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. (APA)

Xəbər lenti