Xəzər Xəbər

Qaçmaq istəyəndə tutuldu 14 yaşlı məktəbli qıza avtobusda...

Hadisə | 16:50 • 17 Noyabr 2017
Qaçmaq istəyəndə tutuldu

Gəncədə məktəbli qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, noyabr ayının 16-da səhər saatlarında 14 yaşlı məktəbli qız ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq bir kişinin ona qarşı nalayiq hərəkətlər etdiyi barədə məlumat verərək onlardan kömək istəyib.

Qaçmağa cəhd edən həmin şəxs polis əməkdaşlarının çevikliyi ilə saxlanılaraq şübhəli şəxs qismində Kəpəz Rayon Polis idarəsinə gətirilib.

Araşdırmalarla Zaqatala rayon sakini, 45 yaşlı Hikmət Malxasovun şəhərdaxili marşurutların birində insanların az olmasından istifadə edərək yanında əyləşən azyaşlı məktəbliyə qarşı qeyri-etik hərəkətlər etməsi, avtobusun dayancaqda dayanmasından istifadə edən məktəblinin düşüb qaçmaq istədiyi zaman isə onu təqib etdiyi müəyyən edilib.

Saxlanılan şəxsin əvvəllər Rusya Fedarasiyasında və Azərbaycanda dəfələrlə məhkum olunduğu da müəyyən edilib.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti