Xəzər Xəbər

Maşın onu təmir edən sürücünün üzərindən keçdi

Hadisə | 10:20 • 17 Noyabr 2017
Maşın onu təmir edən sürücünün üzərindən keçdi

Şamaxı şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

1991-ci il təvəllüdlü şəhər sakini İsayev Cavid Rafiq oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi xarab olub.

Texniki nasazlıq yarandığını görən sürücü maşını təmir etmək məqsədi ilə onun alt hissəsinə əyilib. Bu zaman maşın hərəkətə gəlib və sürücünün üzərindən keçib. Ağır xəsarət alan şəxs avtomobildəki sərnişinlərin köməkliyi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxandan verilən məlumata görə, avtomobil onun döş qəfəs nahiyəsindən keçib. Yaralının vəziyyəti kafidir.

Fakt Şamaxı Rayon Polis şöbəsi tərəfindən araşdırılır. (report)

Xəbər lenti