Xəzər Xəbər

FİLM KİMİ HADİSƏ: Bakıdan gələn qardaşı oğlu maska taxıb onu...

Hadisə | 12:19 • 16 Noyabr 2017
FİLM KİMİ HADİSƏ:

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. 


Xezerxeber.az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun mərkəzi hissəsində baş verib. Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımov Cavid Fəzail oğlu bibisigilə qonaq gəlib. 27 yaşlı gənc mübahisə zəminində elə öz bibisi tərəfindən bıçaqlanıb.

Bibisinin evinə qonaq gedən Cavid Qasımov səhər saat 05:00 radələrində həmin evi qarət etmək istəyib.

Bu məqsədlə o maskalı vəziyyətdə evdə axtarışlar aparıb. Hadisədən xəbər tutan ev sahibi evinə oğru girdiyini hiss edib və həmin maskalı şəxsi yaxalayıb. Oğrunun başqa şəxs olduğunu zənn edən ev sahibi maskalı şəxsi bıçaqlayıb.

Bədəninin müxtəlif yerlərindən 3 bıçaq zərbəsi alan C.Qasımov təcili Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Yaralının vəziyyəti ağırdır və o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən qadın saxlanılaraq istintaqa təhvil verilib.


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti