Xəzər Xəbər

BAKIDA DƏHŞƏT: içdiyi arağın butulkası ilə özünü öldürdü - TƏFƏRRÜAT

Hadisə | 11:41 • 15 Noyabr 2017
BAKIDA DƏHŞƏT:

Bakıda dəhşətli intihar hadisəsi baş verib. XəzərXəbər xəbər verir ki, Maştağa qəsəbə sakini, 1964-cü il təvəllüdlü Ağayev Sabir Ağaqulu oğlu şüşə ilə boğazını kəsərək intihar edib.

Bildirilir ki, Sabir Ağayev uzun müddət bronxial-asma xəstəliyindən əziyyət çəkib. 3 uşaq atası olan Sabir bu səbəbdən əmək qabiliyyətini də itiribmiş. Dünən gecə saatlarında otağında spirtli içki qəbul edən 53 yaşlı kişi daha sonra həmin içkinin butulkasını sındıraraq boğazına soxub. O, çoxlu qan itirmə səbəbindən hadisə yerində ölüb.

Hadisə vaxtı ailə üzvləri evdə olsa da, onlar bu barədə S.Ağayevin ölümündən sonra xəbər tutublar.

Faktla bağlı araşdırma aparılır.

lent.az

Xəbər lenti