Xəzər Xəbər

Meşədə şabalıd yığan Qax sakini ağacdan yıxılıb öldü

Hadisə | 13:01 • 21 Oktyabr 2017
Meşədə şabalıd yığan Qax sakini ağacdan yıxılıb öldü

Qax sakini bədbəxt hadisə nəticəsində ölüb.


Bu gün günorta saatlarında rayonun Ləkit Kötüklü kənd sakini 1972-ci il təvəllüdlü Səməd Məmməd oğlu Seyidov yaşadığı kəndin inzibati ərazisinin yaxınlığında dağlıq meşəlik ərazidə şabalıd çırpan zaman ehtiyatsızlıqdan ağacdan dərəyə yıxılıb.


Hadisə nəticəsində ağır bədən xəsarətləri alan 45 yaşlı Səməd Seyidov Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.


MRX-dan APA-ya bildirilib ki, göstərilən yardımlara baxmayaraq Səməd Seyidov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən ölüb. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır. (APA)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti