Xəzər Xəbər

Azərbaycan qanunlarını pozan ərəb cəzalandırıldı

Hadisə | 15:20 • 20 Oktyabr 2017
Azərbaycan qanunlarını pozan ərəb cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən "Ovçuluq haqqında" və "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reyd keçirilib.

Bu barədə XəzərXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. O bildirib ki, keçirilən reyd zamanı Şabran rayonu ərazisində, "Ağzıbir" ovçuluq təsərrüfatının Xəzər dənizi sahil zolağında qanunsuz ov edən Cəlilabad rayon sakini Aqil Abdullayev, Şabran şəhər sakini Sadiq Həmzəyev və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Sulaiman Mohammad Hassan Fakher saxlanılıb. Onlardan şahin quşunun tutulması üçün istifadə edilən ilgək, tor, gözlük kimi qadağan olunmuş ov alətləri və 10 göyərçin quşu aşkar edilərək götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun qaydada protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 1000 manat məbləğində cərimə olunub, qadağan olunmuş ov alətləri məhv edilib və göyərçin quşları təbiətə buraxılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar