Xəzər Xəbər

Gömrükdə 2 kq-dan çox qızıl ələ keçirilib

Hadisə | 15:16 • 20 Oktyabr 2017
Gömrükdə 2 kq-dan çox qızıl ələ keçirilib

Gömrükdə külli miqdarda qızıl ələ keçirilib.

Gömrük Komitəsindən XəzərXəbər-ə verilən xəbərdə bildirilir ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda Gürcüstan ərazisindən tranzit keçməklə Türkiyədən Azərbaycana gələn Türkiyə Respublikası vətəndaşının idarə etdiyi "İveco 440 S” markalı, 34 KL 4479 nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.



Stasionar rentgen qurğusuyla (HCVG6032 markalı) aparılan yoxlama zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb. Həmin təsvir nəqliyyat vasitəsinin salonunda, sürücünün əyləşdiyi yerin üst hissəsində olan boşluqda müşahidə edilib. Həmin yerdə aparılan ayrıca yoxlama nəticəsində isə 7 ədəd sellofan bükülü aşkar edilib.



Aşkar olunan sellofan bükülülərə baxış zamanı isə hər birinin içərisində müxtəlif sayda və növdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 2 kiloqram 106 qram olan qızıl-zinət əşyaları aşkarlanıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti