Xəzər Xəbər

Gömrükdə mobil telefonlar aşkarlandı

Hadisə | 10:24 • 20 Oktyabr 2017
Gömrükdə mobil telefonlar aşkarlandı

Avtomobildə gizlədilən mobil telefonlar gömrükdə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük bölməsində, xüsusi düzəldilmiş gizli saxlanc yerində 10 ədəd "Samsung Galaxy J3 Pro" markalı mobil telefon və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti