Xəzər Xəbər

Avtomobillə 6 nəfəri əzən varlı qız kimdir? FOTOLAR

Hadisə | 14:07 • 19 Oktyabr 2017
Avtomobillə 6 nəfəri əzən varlı qız kimdir?

Ukraynanın Xarkov şəhərində baş verən dəhşətli qəza ilə bağlı yeni məlumatlar əldə edilib.

Məlumata əsasən, Ukraynanın Xarkov şəhərində oliqarx qızı Alyona Zaitseva "Lexus" avtomobili ilə qırmızı işıqda keçərək dəhşətli qəzaya səbəb olub.

O, yol kənarında dayanan piyadaların üstündən keçib. Qəza nəticəsində 6 nəfər ölüb, 6 nəfər yaralanıb. Ölənlərdən biri 15 yaşlı məktəbli qızdır. Yaralılar arasında hamilə qadın da var.

Şahidlərin dediyinə görə, qəzadan sonra Alyonanın mühafizəçiləri hadisə yerinə gələrək onu yaralıların ətrafına toplaşanların arasından qaçırdıblar.

Qeyd edək ki, Alyona yerli enerji şirkətinin sahibi, multi-milyoner Vasily Zaitsevin qızıdır. 20 yaşı olan Alyona qəza zamanı xəsarət almayıb. Onun sərxoş olmadığı təsdiqlənib. Məsələ ilə bağlı araşdırma aparılır. Alyona 10 illik azadlıqdan məhrum edilə bilər.//Milli.az

Xəbər lenti