Azərbaycan-Gürcüstan
sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana
keçirilən, saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd
saxta aksiz markası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat
yolu ilə saxlanılıb.
Bu barədə
XəzərXəbər-ə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Araşdırmalar
zamanı saxta aksiz markalarının çatdırıldığı qanunsuz fəaliyyət
göstərən xüsusi məkanlarda keyfiyyətsiz spirtin su ilə texniki
qarışığından əldə edilməklə əhalinin fiziki sağlamlığına zərərli olan və
kütləvi satışa çıxarılan saxta araqların istehsal olunduğu müəyyən
edilmişdir. Habelə, bu məqsədlə keyfiyyətsiz spirt saxlanılan çoxlu
sayda çənlər aşkar olunmuşdur.
Başlanılmış cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti və Vergilər Nazirliyi tərəfindən birgə araşdırmalar davam etdirilir.
Azərbaycan
Respublikasında vətəndaşların fiziki sağlamlığına, xalqın genofonduna
qəsd edən hər növ qanunsuzluğun qarşısı bundan sonra da qətiyyətlə
alınacaqdır.