Xəzər Xəbər

Külli miqdarda pirotexniki vasitə müsadirə edildi

Hadisə | 10:22 • 18 Oktyabr 2017
Külli miqdarda pirotexniki vasitə müsadirə edildi

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) XəzərXəbər-ə verilən məlumata görə, yoxlama nəticəsində, avtomobilin sağ və sol qapılarının altında və arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerlərində "Magical Shote" adlı 1130 ədəd fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti