Xəzər Xəbər

İran vətəndaşını öldürən şəxslər tutuldular - VİDEO

Hadisə | 20:05 • 17 Oktyabr 2017
İran vətəndaşını öldürən şəxslər tutuldular -

Oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunu qətlə yetirən şəxslər prokurorluq və daxili işlər orqanları əməkdaşları tərəfindən aşkarlanıb.

Xezerxeber.az-ın məlumatına görə, qətli törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər. Hadisəni törətməkdə şübhəli bilinən Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamaliyev tutularaq istintaqa cəlb olunublar. Aparılmış ilkin istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, saxlanılan şəxslər quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub oktyabrin 11-də gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüb, lakin evdən hər hansı əmlak əldə edə bilməyib və hadisə yerindən qaçıblar.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, öldürülən şəxs Azərbaycan Tibb Universitetinin tələbəsidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti