Xəzər Xəbər

Sevgilisini qətlə yetirən Aygül: Dəhlizdə saçımdan tutub saxladı...

Hadisə | 17:29 • 17 Oktyabr 2017
Sevgilisini qətlə yetirən Aygül:

Antalyanın Manavgat qəsəbəsində31 yaşlı sevgilisiSalim Sarıkayanı öldürdüyü iddiasıyla saxlanılan 34 yaşlı qırğız Aygül Nurbek Kyzy məhkəmədə danışıb.

Mart ayında sevgilisi Salim Sarıkayanı öldürdüyü iddiasıyla həbs olunan Aygül Nurbek Kyzyın təqsirləndirildiyi prosesinikinci mərhələsi baş tutub. Prosesdə Aygülün ilk ifadəsi alınıb.

Aygül Türkiyəyə2015-ci ildə qırğızıstanlı bir tanışı vasitəsilə işləmək üçün gəldiyini, iş axtardığını, lakin uyğun bir iş tapmadığını deyib. Bu məqamda Sarıkaya ilətanış olub mərhumla sevgili olduqlarını sözlərinə əlavə edib. Aygül Sarıkayayla tanışlığının ilk 4-5 ay çox yaxşıolduğunu, sonralar mərhumun əsasən də içki içdikdən sonra onu döyməyə başladığını, həm iş tapa bilmədiyi həm dəgördüyü şiddət səbəbiylə Qırğızıstana dönmək istədiyini iddia edib.

Bir axşam Sarıkayayla yenidən aralarında mübahisə düşdüyünü və mərhumun onu vurmağa başladığınıAygül bu sözlərlə izah edib:

"Boğazımdan tutdu vədivara vurdu. Dəhlizə qaçdım. Dəhlizdə arxamca gələrək saçımdan tutub saxladı. Məni vururdu. Ondan sonrasını tam xatırlamıram. Özümə gələndə onun ayaqlarımın üstündə oturub məni vurmaqda davam etdiyi hiss etdim. O vaxt yenə özümdən getmişəm. Huşum özümə gələndə yerdə idim, stolda idim, tam xatırlamıram. Salim Sarıkayanı necə bıçaqladığımı xatırlamıram."

Məhkəmə prosesi təxirə salınıb./Milli.Az

Xəbər lenti