Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN)
XəzərXəbər-ə verilən məlumatda bildirilir ki, Nazirliyin əməkdaşları tərəfindən
"Ovçuluq haqqında” və "Heyvanlar aləmi haqqında” Qanunların tələblərinə
əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl
quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması
hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər
keçirilir.
2017-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı
qanunsuz ovla məşğul olan 110 vətəndaş saxlanılaraq onlardan 90 ov
tüfəngi, 396 patron, 22 ədəd quş və 10 baş heyvan götürülüb. Qanun
pozucuları barəsində protokollar tərtib edilərək 98 nəfərə 95790 manat
məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 13 fakt üzrə
isə təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti
rayon polis orqanlarına müraciət edilib.
Eyni zamanda, cari ilin
ötən dövrü ərzində keçirilən reydlər zamanı ayrı-ayrı ictimai-iaşə
obyektlərində vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların
qeyri-sərbəst şəraitdə, qəfəsdə saxlanılması ilə bağlı 8 fakt aşkar
edilib. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib
edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub,
vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində
fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə
təhvil verilib.