Xəzər Xəbər

Zibilxanadan avtomat və qumbara tapıldı

Hadisə | 12:17 • 17 Oktyabr 2017
Zibilxanadan avtomat və qumbara tapıldı

Bakının Xətai rayonundakı məişət tullantıları yığılan yerlərdən birindən silah-sursat tapılıb.

XəzərXəbər Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən rayonun N.Mahmudov küçəsindəki məişət tullantıları yığılan yerlərdən birindən 4 ədəd "F-1” qumbarası, 5 ədəd alışqan, 1 ədəd "AKSU-74” markalı nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 6 ədəd 5,45 çaplı patron olan idman çantası tapılıb.

Xəbər lenti