Xəzər Xəbər

Karib dənizində qəza - Qayığın sərnişinləri dənizə töküldü

Hadisə | 15:19 • 16 Oktyabr 2017
Karib dənizində qəza -

Karib dənizində Haitidən olan miqrantları daşıyan qayıq qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qayığın aşması nəticəsində 40-dan çox adam itkin düşüb.

Hadisə zamanı qayıqda 50-yə yaxın miqrantın olduğu bildirilir.

Son məlumata görə, hələlik 7 nəfəri xilas etmək mümkün olub. Onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.

Hazırda dənizdə qərq olanların axtarışları davam edir.

Xəbər lenti