Ermənistan silahlı
qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı
pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118
dəfə pozub.
Bu barədə XəzərXəbər-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan
Respublikası Noyemberyan rayonunun Berdavan, Dovex, Barekamavan,
Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen,
Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax
rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli
kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və
adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz
rayonunun Koxanəbi, Əsrik Cırdaxan, Qaralar kəndlərində, Krasnoselsk
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.