Xəzər Xəbər

Polisi güllələyən şəxs iş adamının qardaşıdır

Hadisə | 16:17 • 15 Oktyabr 2017
Polisi güllələyən şəxs iş adamının qardaşıdır

Mərhum prezident Heydər Əliyevin mühafizəçisi olmuş Müşfiq Mədətovun bıçaqlanması və ardınca keçirilən əməliyyatda polis zabiti Orxan Axundzadənin güllələnməsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Silahlı hücumu edən şəxs "Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub.

Qeyd edək ki, "Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis olub.

Bildirək ki, artıq cinayətkar dəstə üzvləri yaxalanıb. (Virtualaz.org)

Xəbər lenti