Xəzər Xəbər

Hacıqabulda qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Hadisə | 15:17 • 15 Oktyabr 2017
Hacıqabulda qəzada xəsarət alanların şəxsiyyəti məlum olub -

Bu gün Hacıqabul rayonunda "Toyota Prado” markalı minik avtomobilinin aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.


Sürücü 1987-ci il təvəllüdlü Nəsirov Amil Murad oğlu, sürücünün atası 1954-cü il təvəllüdlü Nəsirov Murad Şükür oğlu və anası 1961-ci il təvəllüdlü Nəsirova Ziyafət Dadaş qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.


***

saat 13.57


Bu gün Hacıqabul rayonunda "Toyota Prado” markalı minik avtomobili aşıb.


Hadisə Bakı-Qazax magistralının Muğan kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza nəticəsində 1-i ağır olmaqla, 3 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır. (APA)

Xəbər lenti