Xəzər Xəbər

Azərbaycanlı Rusiyada sifarişlə qətl törədib

Hadisə | 14:30 • 15 Oktyabr 2017
Azərbaycanlı Rusiyada sifarişlə qətl törədib

Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində Azərbaycan əsilli şəxsin iştirakı ilə qətl hadisəsi törədilib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi məlumat yayıb.

Polisin məlumatına görə, oktyabrın 10-da Şebekinoda yerləşən evlərdən birində qadın meyiti aşkar edilib. Asayiş keşikçiləri şübhəli şəxsin xarici görünüşünü müəyyən ediblər və iki gündən sonra 36 yaşlı Azərbaycan əsilli şəxs saxlanılıb.

Məlum olub ki, qətli 29 yaşlı yerli sakin sifariş edib. Öldürülən şəxs sifarişçi qadının sevgilisinin həyat yoldaşı olub.

Qadın bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı iki maddə üzrə cinayət işi qaldırılıb.

Xəbər lenti