Xəzər Xəbər

Türkiyəli güləşçi güllələnib

Hadisə | 14:38 • 11 Oktyabr 2017
Türkiyəli güləşçi güllələnib

Türkiyə güləş yığmasının üzvü Cenk İldem silahlı hücuma məruz qalıb. 

Xezerxeber.az-ın yerli mətbuata istinadən məlumatına görə, hadisə gecə saatlarında İstanbulda baş verib.

Yunan-Roma güləşində 98 kq çəki dərəcəsində yığmasının şərəfini qoruyan pəhləvan şəhərdə düşdüyü tıxac zamanı bir neçə şəxslə mübahisə edib. Nəticədə qarşı tərəfdəkilər idmançıya silah çəkiblər. Onların açdıqları atəş İldemin ayaqlarına tuş gəlib. Hər iki ayağından yaralanan güləşçinin durumunun yaxşı olduğu və İstanbulda əməliyyat ediləcəyi açıqlanıb.

Qeyd edək ki, Cenk İldem ötən il keçirilən Rio Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Xəbər lenti