Xəzər Xəbər

Bütün şəhərdə axtarılan uşaq evində, divanın altından tapıldı FOTO

Hadisə | 13:22 • 11 Oktyabr 2017
Bütün şəhərdə axtarılan uşaq evində, divanın altından tapıldı

Qorxmuş valideynlər könüllülərə bildiriblər ki, 9 yaşlı Nikita məktəbdən ev qaydırkən itkin düşüb və heç ağıllarına gəlməyib ki, uşaq bütün bu müddət ərzində mənzildə olub.

Dünən Krasnoyarskda itkin düşən uşaq barədə xəbər bütün sakinləri təşvişə salsa da, xoşbəxt və bir qədər də təccüblü sonluqla nəticələnib. Belə ki, könüllülərin dalanları, blokları, pilləkənlərin altını, atılmış tikililəri, meşə zolağını və sair ağlagəlməz yerləri axtarardığı müddətdə uşaq rahat şəkildə öz mənzilində divanın altında yatıbmış.

İlkin məlumatlara görə, Nikita məktəbdən evə gəlib və zarafat xətrinə divanın altında gizlənib. Lakin az sonra onu yuxu tutub. O, valideynlərinin nə çəkdiyindən xəbərsiz halda bir neçə saat burda yatıb./faktxəbər

Xəbər lenti