Xəzər Xəbər

Bakıda qadın jurnalist idarə etdiyi avtomobil ilə həkimi vurub - FOTO

Hadisə | 09:47 • 11 Oktyabr 2017
Bakıda qadın jurnalist idarə etdiyi avtomobil ilə həkimi vurub -

Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Xasməmmədova Elvina Vidadi qızı Buzovna qəsəbəsinin Naxçivanski küçəsində idarə etdiyi "Hummer" markalı avtomobillə yolu keçmək istəyən 49 yaşlı Məmmədzadə Gülnarə Siyavuş qızını vurub.

Zərbənin təsirindən G. Məmmədzadə ağır xəsarətlər alıb. O, sürücünün çağırdığı "təcili tibbi yardım” avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirib. Hadisə yerində olan polis əməkdaşları sürücünün ifadəsini alıblar. Avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar araşdırmalar aparılır.

Hadisəni törədən sürücü E.Xasməmmədova "Azərbaycan qadını" jurnalının əməkdaşıdır. Yaralı piyada G.Məmmədzadə isə özəl klinikaların birində həkim işləyir.

Xəbər lenti