Xəzər Xəbər

Bakıda qəza törədən sürücü hadisə yerindən qaçdı - FOTO

Hadisə | 09:36 • 11 Oktyabr 2017
Bakıda qəza törədən sürücü hadisə yerindən qaçdı -

Bakıda qəza törədən sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda qeydə alınıb.

Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol nişanının tələblərini pozan 10 NG 395 dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobil 90 TT 360 qeydiyyat nişanlı "Toyota" markalı maşına çırpılıb. Hadisəni törədən sürücünün avtomobili deformasiyaya uğrayıb. Lakin, o, baş vermiş hadisədən sonra avtomobilini yolda qoyaraq qaçıb. Yol Patrul Ximdətinin (YPX) əməkdaşları hadisəni törədən sürücünün kimliyini müəyyən ediblər. Onun axtarışına başlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti