Xəzər Xəbər

Bakıda yeni avtobus və taksi dayanacaqları yaradıldı - VİDEO

Hadisə | 20:36 • 6 Oktyabr 2017
Bakıda yeni avtobus və taksi dayanacaqları yaradıldı -

Bakıda yeni avtobus və taksi dayanacaq məntəqələri təşkil edilib. Digər belə bir yer metronun ''İnşaatçılar'' stansiyası yaxınlığında yaradılıb. Bu, həmin məntəqədə mövcud olan yol-nəqliyyat infrastrukturunun vəziyyəti öyrənildikdən sonra təşkil olunub.

Xezerxeber.az-ın məlumtına görə, günün pik saatlarında yaranan sıxlığı aradan qaldırmaq məqsədilə dayanacaq ərazisi genişləndirilib.

Söhbət hər gün səhər və axşam paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində - metronun ''İnşaatçılar'' stansiyasının qarşısında yaranan süni sıxlıqdan gedir. Dayanacağa yaxın ərazidə taksilər dayandığı üçün avtobus sürücüləri məcbur qalıb avtobusu yolun hərəkət hissəsində saxlayırdı. Problemin aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi Şərifzadə küçəsində 2 yeni dayanacaq məntəqəsi təşkil edib. Bunlardan biri 3 saylı "ASAN Xidmət"in, digəri isə metronun ''İnşaatçılar'' stansiyasının qarşısındadır.

Metronun ''İnşaatçılar'' stansiyası yaxınlığındakı taksilərin dayanması üçün təşkil edilən dayanacaqda taksilər sıra ilə dayanıb, növbə əsasında müştəri aparacaqlar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, əgər taksi fəaliyyəti göstərməyən şəxs avtomobilini həmin duracaqda park edərsə, ərazidə xidmət aparan yol polisləri onları cərimələyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar