Xəzər Xəbər

Anadan DƏHŞƏTLİ ƏMƏL: südə zəhər qatıb 5 yaşlı qızına içirdi

Hadisə | 14:24 • 6 Oktyabr 2017
Anadan DƏHŞƏTLİ ƏMƏL:

Qusar rayonunda 5 yaşlı qızını öldürməkdə ittiham olunan rayon sakini Gülnarə Saypullayevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsindən XəzərXəbər-ə verilən məlumata görə, cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib. Hazırlıq iclası oktyabrın 11-ə təyin edilib.

İttihama görə, 2017-ci il iyunun 14-də Qusar rayonunun Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 5 yaşlı Luiza Saypullayevanın qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən Gülnarə Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib. Amma ekspertizanın rəyindən sonra məlum olub ki, qızcığaz zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağa içirdiyini bildirib.

Gülnarə Seypullayeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Xəbər lenti