Xəzər Xəbər

Avtobusla traktor toqquşdu 7 nəfər yaralandı

Hadisə | 12:47 • 6 Oktyabr 2017
Avtobusla traktor toqquşdu

Sumqayıtda sərnişin avtobusu ilə traktor toqquşub.

Lent.az xəbər verir ki, hadisə şəhərin mərkəzindəki Sülh küçəsində baş verib. "Hyundai" markalı, 90 JD 967 dövlət qeydiyyat nişanlı avtobusla "Combi" markalı texnikanın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti