Xəzər Xəbər

İki uşaq atası boşandığı arvadının başını kəsdi ŞOK TƏFƏRRÜAT

Hadisə | 11:02 • 6 Oktyabr 2017
İki uşaq atası boşandığı arvadının başını kəsdi

Gədəbəydə törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

İlkin araşdırma zamanı məlum olub ki, Arıxdam kənd sakini, 1988-ci il təvəllüdlü Fariz Muxtarov 2 il əvvəl boşandığı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanı alimentə görə öldürüb. Bəlli olub ki, 2 körpə uşaq valideyni olan cütlük boşanandan bəri aralarında gərginlik olub. F.Muxtarovun alimenti vaxtında ödəməməsi səbəbindən keçmiş xanımı yenidən məhkəməyə üz tutub. Bu səbəbdən F.Muxtarov keçmiş qayınatasının evinə gəlib və özü ilə gətirdiyi bıçaqla Mətanətin boğazını kəsərək onu öldürüb.

O da məlum olub ki, Farizin atası Şamil Muxtarovla qardaşı Kamil Muxtarov bu ilin avqust ayında həbs edilib. Ata və oğlu kəndin yaxınlığında 47 yaşlı traktorçu Telman Qurbanovu döyərək öldürdüklərinə görə həbs edilib və hazırda istintaq altındadırlar.

Qeyd edək ki, atası ilə qardaşının adam öldürməsindən sonra keçmiş həyat yoldaşını öldürən 29 yaşlı Fariz Muxtarov qaçıb və onun tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.(Lent.az)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti